Ayətullah Xamenei göstəriş verdi: Nöqsan və təqsirkarlar diqqətlə araşdırılsın 11 Yanvar 2020 13:33 İslam lideri Ukrayna sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı İran Silahlı Qüvvələrin Baş Qərargahının araşdırmanın nəticələrini açıqlanmasının ardınca Ali Rəhbər Ayətullah Xamenei, bu acınacaqlı hadisə qrubanlarının ailələrinə bir daha dərin hüznlə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadla xəbər verir ki, Ayətullah Xameneinin başsağlığı mesajında bildirirlir: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Ukrayna sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı İran Silahlı Qüvvələrin Baş Qərargahının araşdırmasının nəticələri elan olunması ilə bu müsibətli hadisə qurbanlarının ölümünə insan səhvinin səbəb olmasını bilmək mənim üçün kədərli hadisəni daha da ağır etdi. İlk öncə bu hadisə qurbanlarının dəyərli ailələrinə dərin hüznlə başsağılığı verirəm. Uca Yaradandan hadisə qurbanlarının yaxınlarına səbr və qəlb sakinliyi verməsini diləyirəm! İkinci olaraq ölkənin Silahlı Qüvələrinə təkidlə göstəriş verirəm ki, bu ağrılı hadisədə ehtimal olunan nöqsan və təqsirkarları diqqətlə araşdırsın. Üçüncü aidiyyatı qurum və məsul şəxslərdən istəyirəm ki, belə hadisələrin təkrar olmaması üçün lazimi qabaqlayıcı tədbirləri görsünlər. Bir daha mərhəmətli və bağışlayan Allahdan hadisə qurbanalarına rəhmət və yaxınlarına səbr və əcr diləyirəm." Teqlər : #Ayətullah,#Xamenei,#göstəriş,#verdi:,#Nöqsan,#və,#təqsirkarlar,#diqqətlə,#araşdırılsın, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei Şəhid Süleymani və digər şəhidlərin anım mərasimində iştirak edib – FOTO Ayətullah Xamenei Qətər əmirini qəbul edib: Region ölkələri arasında əlaqələr daha da gücləndirilməlidir
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB