Ayətullah Sistani Ali Rəhbərə başsağlığı verdi 06 Yanvar 2020 10:02 İslam lideri Həzrət Ayətullah Sistani Ali Rəhbər Ayətullah Xameneiə general Hacı Qasim Süleymaninin şəhadəti ilə bağlı başsağlığı verib. Maide.Az "Leader.ir" saytına istinadla xəbər verir ki, başsağlığı mətnində bildirilir: Başsağlığı məktubunun tam mətni: Mərhəmətli və Bağışlayan Allahın adı ilə Allahdan gəlmişik, Ona da qayıdacağıq Hörmətli Ayətullah Xamenei (Allah bərəkətini davamlı etsin) Allahın salam, rəhmət və bərəkəti üzərinizə olsun! Uca komandan Cənab Hacı Qasim Süleymaninin (Allah ona rəhmət etsin) şəhadət xəbəri böyük təəssüf və kədərə səbəb oldu. İraqda İŞİD ünsürləri ilə müharibə illəri boyunca o mərhumun ifa etdiyi misilsiz rol, bu istiqamətdə çəkdiyi böyük zəhmətlər unudulmazdır. O uca şəhidin şəhadəti münasibətilə Zati-alilərinə, möhtərəm şəhidin əziz övladları və digər yaxınlarına, bütün şərəfli İran xalqına, xüsusilə əziz Kerman əhalisinə başsağlığı verir, Mərhəmətli Allahdan o xoşbəxt mərhuma uca dərəcələr, onun yaxınlarına gözəl səbr və böyük mükafat diləyirəm. Güc və Qüdrət yalnız Uca və Əzəmətli Allaha məxsusdur. Teqlər : #Ayətullah,#Sistani,#Ali,#Rəhbərə,#başsağlığı,#verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei başsağlığı verdi: Qisas ağır olacaq Ayətullah Xamenei ağlayaraq şəhid Qasim Süleymaniyə cənazə namazı qıldı: Milyonlar hüznlə vidalaşır - CANLI YAYIM/YENİLƏNİB
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB