Ayətullah Xamenei başsağlığı verdi: ‘Bu cinayətdə bölgə və digər ölkələrin casus şəbəkələrinin barmağı var’ 14 Fevral 2019 16:00 İslam lideri İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilab Keşikçiləri Korpusunun hərbçilərinə qarşı olunan terror aktı Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei tərəfindən sərt tənqid olunub. Maide.Az “tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, Ayətullah Xamenei Sistan və Bəluçistan əyalətində baş vermiş cinayət qurbanların ailəsi və yaxınlarına başsağlığı verib və bu cinayətdə bölgə və digər ölkələrin barmağı olduğunu və bu məsələnin ciddi araşdırılmasını istəyib. Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Düşmənlərin əli yenə ölkənin ədalətli gənc xidmətçilərinin qanına bulaşdı. Onlar sərhədlərin qorunması və xalqın təhlükəsizliyini qorumaq üçün canlarını fəad etdilər. Bu cinayətdə bölgə və digər ölkələrin casus təşkilatlarının barmağı var və aidiyyatı qurumlar bu məsələni ciddi araşdırılmalıdırlar. Mən bu məzlum şəhidlərin və Sepahın böyük ailəsinə təbrik və başsağlığı verirəm Uca Yaradandan onlar üçün ən yüksək dərəcələri verməsini diləyirəm! Yaralılara Allahdan təcili şəfa arzulayıram. İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) bu ağrılı hadisəni araşdırmalı, boşluqlar və zəiflikləri tapmalı və həll etməlidir." Teqlər : #Ayətullah,#Xamenei,#başsağlığı,#verdi:,#‘Bu,#cinayətdə,#bölgə,#və,#digər,#ölkələrin,#casus,#şəbəkələrinin,#barmağı,#var’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xanım Zəhranın (s.ə) şəhadət axşamı, İmam Xomeyni (r.ə.) adına hüseyniyyədə əzadarlıq (FOTO) Ayətullah Xamenei İnqilabın 40 illiyi münasibəti ilə İran gənclərinə bəyanat ünvanladı
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB