Ayətullah Xamenei: Hərəm müdafiəçiləri olmasaydı bu gün Ərbəin yürüşü də olmayacaqdı 25 Oktyabr 2018 07:18 İslam lideri “Hərəm müdafiəçiləri olmasaydı bu gün Ərbəin yürüşü də olmayacaqdı.” Maide.Az Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bir qrup hərəm müdafiəçiləri şəhid ailələri ilə görüşdə deyib. “Bu şəhidlərin ölkədən kənarda indiki zamanda etdiyi, əslində Həzrət İmam Hüseyn (ə) qəbrini qorumaq üçün canından keçən şəxslərin etdiyi ilə eynidir. Abbasilər dövründə xəlifələr Həzrət Əba Abdullah İmam Hüseynin (ə) pak hərəmini və digər pak qəbirləri dağıtmağı qərara aldı. Bəziləri öz canlarından keçməklə buna imkan vermədi. Abbasilər “əgər ziyarət edilsə, əlinizi, ayağınızı kəsəcək, özünüzü öldürəcəyik” dedilər, lakin həmin insanlar yenə də ziyarətə getdi. Elə o insanların fədakarlığı nəticəsindədir ki, bu gün Ərbəində İmamı ziyarət edənlərin sayı 20 milyon nəfərə çatıb. Əgər orda kimlərsə fədakarlıq etməsəydi, bu gün bu izzət və İmam Hüseyn məhəbbəti dünyanı bürüməzdi. Baxın Ərbəin ziyarətində dünyanın müxtəlif ölkələrindən - türk, fars, urdu və Avropa ölkələrindən, hətta ABŞ-dan belə insanlar iştirak edir. Bu işi kim başladıb? Bu işin bünövrəsini əslində o şəxslər qoyub ki, İmam Hüseynin (ə) qərbinin ziyarəti üçün canlarını qurban verdilər.” Ayətullah Xamenei deyib ki, bu gün də İraqda Kərbəlaya və Kazimeynə çatmış düşmənlər ziyarətgahları viran etmək istəyirdilər. Suriyada da Zeynəbiyyənin mühasirəyə düşməsinə az qaldığını xatırladan Ayətullah Xamenei deyib ki, amma sizin övladlar özlərinə borc bilərək gedib bu işə mane olub, İslam və müsəlmanları bu bəladan xilas ediblər. Ayətullah Xamenei deyib ki, çox vaxt keçməyəcək və İslam dünyası bu müdafiəçilərin bərəkətini dadacaq. Teqlər : #Ayətullah,#Xamenei:,#Hərəm,#müdafiəçiləri,#olmasaydı,#gün,#Ərbəin,#yürüşü,#də,#olmayacaqdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Böyük and yeri - Ərbəin - Ayətullah Xamenei - VİDEO Ali Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak edib - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB