Ayətullah Xamenei: “Yumşaq müharibə”də düşmənin əsas məqsədi xalqın inancını dəyişməkdir - YENİLƏNİB - FOTOLAR 12 Oktyabr 2015 01:00 İslam lideri Ali Lider Ayətullah Seyyid Əli Xamenei İran Televiziya Şirkətinin işçiləri və məsul şəxsləri, həmçinin bu təşkilata nəzarət Şurasının üzvlərini ilə görüşüb. "Yumşaq müharibə" təkcə İrana qarşı olan bir müharibə deyil, lakin İranla bağlı düşmənin əsas məqsədi “yumşaq müharibədə” çox diqqətlə ölçülüb-biçilib, onlar İran İslam Respublikasının görnüşünü saxlamaqla onun mahiyyətini və xasiyyətini dəyişdirmək istəyirlər. Bu sözləri bu gün səhər Ali Lider Ayətullah Seyyid Əli Xamenei İran Televiziya Şirkətinin işçiləri və məsul şəxsləri, həmçinin bu Təşkilata Nəzarət Şurasının üzvlərini ilə görüşündə deyib. Maide.az xəbər verir ki, Ayətullah Xamenei hegemon güclərin İslam Respublikası əleyhinə hərtərəfli və geniş miqyaslı “yumşaq müharibə” başlatdığını və bu müharibənin məqsədlərini açıqlayıb. “Onların əsas məqsədi xalqın inanlcını dəyişməkdir. Bu ciddi müharibədə Televiziyanın özünə məxsus rolu var və milli televiziya öz öhdəliyini yerinə yetirmək üçün dəqiq və ağıllı plan hazırlamalıdır”. Ayətullah Xamenei deyib ki, mahiyyət və xasiyyəti dəyişdirmək yəni şüarlar, motivlər, İnqilab maarifi və böyük hədəflərinin dəyişməsi deməkdir. “Düşmən üçün yumşaq müharibə hədəfləri çərçivəsində “İslam Respublikası” adının qalması, onun başında başı əmmaməli birinin belə olmasının önəmi yoxdur, önəmli olan İranın ABŞ, sionizm və hegemon güclərin məqsədlərinə çatmasına yardımçı və onların istəklərinin təmin edicisi olmasıdır.” Ayətullah Xamenei yumşaq müharibəni xalq və məsul şəxslərə yönəlik olduğunu vurğulayıb və bildirib ki, yumşaq müharibənin rəsmi şəxslərə olan təhlükəsi ilə bağlı onlarla danışmışam və ya danışacam, lakin bu müharibənin əsas iştirakçıları olan xalqdır xüsusilə xalqın elit təbəqəsi, alimlər, tələbələr, gənclər və fəallardır. “Bizim xalqın din, ailə, “qadın-kişi” məsələsi, istiqlal, əcnəbilərlə mübarizə, ilsami demokratiya və müxtəlif mədəni proseslərlə bağlı öz inancları var, düşmən çalışır ki, bu inancları dəyişsın.” Ayətullah Xamenei deyib ki, silahla baş verən müharibədə adətən insanların duyğuları təhrik olunur və milli birlik və vəhdət yaranır, lakin yümşaq müharibə mübarizə motivlərini məhv edir və ixtilafların yaranmasına səbəb olur. / Teqlər : #Ayətullah Xamenei: Yumşaq müharibədə düşmənin əsas məqsədi xalqın inancını dəyişməkdir YENİLƏNİB FOTOLAR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei 600-dən çox məhbusu əfv etdi İmam Hüseynə (ə) əzadarlıq haqqında ali rəhbər Ayətullah Xameneinin çıxışlarından sitatlar
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB