Arif Hacılı partiya üzvlərini barışığa çağırıb

Müsavat başqanı Arif Hacılı yenidən partiyadaşlarına çağırış edib. “Qafqazinfo” xəbər verir ki, o bu barədə facebook hesabında yazıb. 
 
“Müsavat partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə, unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr Qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa, birgə fəaliyyət göstərməyə çağırmışdım.
 
Əksər partiya üzvləri bu çağırılmaya qoşulsalar da, qarşılıqlı ittihamlar tam durdurulmadı.
 
18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq.
 
Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ilə birlikdə davam edək.
 
Hər birinizi bir daha Milli İstiqlal günü münasibəti ilə təbrik edirəm”.

Google+ WhatsApp ok.ru