ARDNF-nin investisiya portfelində manat 1,1%-dir

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2014-cü il dekabrın 31-I üçün $37 mlrd 148,3 mln təşkil edib. Bunun $407,9 mln.-u (1,1%) Azərbaycan manatı ilədir.
 
Fonddan verilən məlumata görə, vəsaitlərin yarıdan çoxu ABŞ dollarında yerləşdirilib. Fondun investisiya portfelinin strukturunda $19 mlrd. 869,6 mln. və ya 54,1% ABŞ dolları, 33,9% avro, 4,8% funt sterlinq, 0,5% Avstraliya dolları, 1,2% türk lirəsi, 1,2% rus rublu, 1,2% Cənubi Koreya vonu, 3,1% qızılda yatırılıb.
 
Fondun investisiya portfelinin vəsaitlərinin 45,9%-i korporativ kağızlarda, 15%-i agentlik və beynəlxalq təşkilatların istiqrazlarında, 19,2%-i maliyyə istiqrazlarında, 8,1%-i qısamüddətli kommersiya kağızlarında, qalanları digər alətlərdə yerləşdirilib.
 
Coğrafi cəhətdən ARDNF-in investisiya portfelinin 51,75%-i Avropa ölkələrində, 24,04%-i Şimali Amerika ölkələrində, 13,54%-i Asiya-Sakit okean regionu ölkələrində, qalanı digər regionlarda yerləşdirilib.
 
Fondun investisiya portfelinin 80,6%-i istiqrazlarda, 6,9%-i pul bazarının depozitləri və alətlərində, 5,4%-i səhmlərdə, 3,1%-i qızılda, 2,9%-i daşınmaz əmlakda, 1,1%-i investisiya layihələrində yerləşdirilib.
 
ARDNF-in aktivlər üzrə ümumi gəlirliliyi 1,43% (qızıl nəzərə alınmadan 1,47%), o cümlədən istiqrazlar üzrə gəlirlilik 0,7%, səhmlər üzrə 0,35%, depozitlər üzrə 0,18%, pul bazarının alətləri üzrə 0,01%, daşınmaz əmlak üzrə 0,24% təşkil edib.
 
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. 

Google+ WhatsApp ok.ru