Ara məsafəsini düzgün təyin edin - Bakı Nəqliyyat Agentliyi - VİDEO 17 Avqust 2017 01:00 Ölkə Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib. BNA-dan verilən məlumata görə, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. “Yəni, hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən asılı olaraq müəyyən edilməlidir. Ekspertlər avtomobillər arasında ara məsafəsinin düzgün seçilməsi ilə bağlı sürücülərə kömək ola biləcək bir neçə üsul təklif edirlər. Bu üsullardan biri də “2 saniyə” qaydasıdır. Təkcə ara məsafəsinin düzgün təyin edilməməsi səbəbindən gün ərzində çox sayda avtomobil qəzası baş verir”, - deyə müraciətdə vurğulanıb. BNA-da bildirilib ki, agentlik hərəkət iştirakçılarının maarifləndirilməsi çərçivəsində növbəti maarifləndirici videoçarx hazırlayıb. Teqlər : #Ara məsafəsini düzgün təyin edin Bakı Nəqliyyat Agentliyi VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nazirlik: Nikaha daxil olmaq istəyən 1456 nəfərdə sifilis, 225 nəfərdə QİÇS aşkar olunub `JEK` rəisi şam ağaclarını kəsdirib - Sakinlərdən şikayət