Amerika müsəlmanları Şeyx Zəkzakinin azadlığını tələb edir

Amerikanın Nyu-York şəhərində müsəlmanlar aksiya keçirərək, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin azad edilməsini tələb ediblər.
 
Maide.az  xəbər verir ki,  yüzlərlə müsəlman Nyu-Yorkda aksiya keçirərək, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin həbsini pisləyib və onun azad edilməsini tələb ediblər.
 
Qeyd edək ki, Nigeriya ordusu 2015-ci il dekabrın 12-si və 13-də bu ölkənin şimalında müsəlmanların hüseyniyyəsinə və Şeyx Zəkzakinin mənzilinə basqın edərək, onu həbs edib və bu ruhanini qorumağa çalışan şəxslərə atəş açıblar.
İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
Bir neçə gün öncə Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
 
Nyu-Yorkdakı aksiya iştirakçıları həmçinin  Ali-Səud rejimi tərəfindən Ərəbistanlı mübariz şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimirin edam olunmasını pisləyib və bildiriblər ki, müsəlmanlar İŞİD-in və Səudiyyənin cinayətləri qarşısında birləşmələdirlər.
Qeyd edək ki, yanvarın 2-də Səudiyyə rejimi nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimri edam edərək, bütün dünyada vicdanlıların narazılığını özünə qarşı qaldırıb.  /

 

Google+ WhatsApp ok.ru