İşğalçı İsrail rejim həbsxanalarında fələstinli məhbuslara qəsdən tibbi yardımlar göstərilmir

İşğalçı İsrail rejim həbsxanalarında fələstinli məhbuslara qəsdən tibbi yardımlar göstərilmir

Fələstinli qrupların spikeri Yasir Saleh bildirib ki, İsrail həbsxanalarındakı fələstinli məhbuslara qəsdən tibbi yardımlar göstərilmir və xəstə məhbuslara qarşı laqeydlik mövcuddur. 
 
Maide.Az “aa”-a istinadən xəbər veri ki, aralarında "Fəth" Hərəkatı, "Həmas", "İslami Cihad", "Fələstin Qurtuluş Cəbhəsi", "Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsi" nümayəndələrinin də olduğu fələstinli qruplar, Qəzzadakı Beynəlxalq Qızıl Xaç Təşkilatının binası qarşısında birgə mətbuat konfransı keçirib. 
 
Fələstinli qrupların spikeri Yasir Saleh, sionist İsrail rejim həbsxanalarında tibbi problemlər yaşayan məhbusların sayının 500 min nəfəri keçdiyini bildirib. “Fələstinli məhbuslar, müxtəlif xəstəliklərdən şikayətlənir. İsrail həbsxanalarındakı xəstə fələstinli məhbuslara qarşı qəsdən laqeydlik göstərilir”. 
 
Sionist rejimin "bu cür davranışlarına son verilməsi və məhbusların həyatının qurtarılması" naminə beynəlxalq insan hüquqları təşkilatlarına müraciət olan Saleh, sionist həbsxanalarındakı fələstinlilərin canlarının təhlükəsizliyi ilə bağlı İsrail Həbsxanalar İdarəsinin məsuliyyət daşıdığın bildirib.
 
Fələstin qaynaqlarının məlumatına görə, İsrail həbsxanalarında təxminən 7 min fələstinli məhbus var.

Google+ WhatsApp ok.ru