Almaniya: ‘Səudiyyə rejiminin Yəməndəki hadisələrdə rolu dağıdıcıdır’ 03 İyun 2020 15:37 Yəmən Almaniyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi, Səudiyyə rejiminin Yəmən hadisələrində dağıdıcı rolunu tənqid edib. Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Kristof Hoysgen Səudiyyə rejiminin Yəməndəki hadisələrə görə məsuliyyət daşıdığını bildirib. Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Almaniya rəsmisinin sözlərinə görə, Berlin Səudiyyə rejiminə silah satmır və Yəmən münaqişəsinin, hərbi yolla həllinin olmadığını düşünür. Hoysgen deyib: "Səudiyyə rejimi Yəmənə kömək işində fəal iştirak etməlidir." Eyni zamanda, Yəmən hökumətinin milli nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdül Salam, Ər-Riyadın Yəmənə kömək mövzusunda keçirilən konfransı cinayətkarın üzünü rəngləyərək gizlətmək cəhdi adlandırıb. Koronavirus epidemiyasının yayılması ilə əlaqədar olaraq, BMT-nin Baş katibi Antonio Quterreş, xəstəliyə qarşı mübarizəyə diqqəti yönəltmək üçün dünyadakı bütün düşmənçiliklərə son verməyə çağırdı. Buna baxmayaraq, Səudiyyə rejimi yenə də Yəmənə qarşı hücumları davam etdirdi. Aprelin 9-dan etibarən Səudiyyə rejiminin koalisiyasının Yəmənin müxtəlif bölgələrinə 120 hərbi hücum və əməliyyat, eyni zamanda 1586 hava hücumu həyata keçirdiyi bildirilir. Teqlər : #Almaniya:,#‘Səudiyyə,#rejiminin,#Yəməndəki,#hadisələrdə,#rolu,#dağıdıcıdır’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsarullah: ‘ABŞ-dakı etirazlar həqiqətləri ortaya çıxardı’ BMT: ‘Yəməndə KOVİD-19 virusuna yoluxanların təxminən 25 faizi vəfat edir’
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'