Alimlər Yer kürəsində tamamilə cansız ərazi aşkarlayıblar 04 Noyabr 2019 08:38 Maraq dünyası Paris-Syud Universitetinin alimləri Efiopiyanın Dallol vadisində hər hansı bakteriyaların mövcud olmadığını aşkarlayıblar. Bu barədə "Nature Ecology & Evolution" jurnalı bildirib. Beləliklə onlar planetdə suyun mövcudluğunun həyat əlaməti olması barədə iddiaları şübhə altına qoyublar. "Bizim tədqiqatımız sübut edir ki, Yerin səthində hətta su olduğu halda tamamilə cansız yerlər mövcuddur", - deyə alimlər jurnala bildiriblər. Onlar aydınlaşdırıblar ki, bu vadidə suyun temperaturu müsbət 109 dərəcədir. Ərazidəki suyun tərkibində maqnezium üstünlük təşkil edir. Habelə suyun tərkibində son dərəcə turş və duzlu məhlul var. Suyun belə tərkibi bütün canlı hüceyrələri məhv edir. /Report Teqlər : #Alimlər,#Yer,#kürəsində,#tamamilə,#cansız,#ərazi,#aşkarlayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘WhatsApp’dan daha bir YENİLİK ‘Snapchat’ istifadəçiləri tətbiqin işində nasazlıqların yarandığını bildirir