Aİ işğalçı İsrail rejimini qanunsuz yaşayış sahələrinin tikintisini dayandırmağa çağırıb 18 Sentyabr 2019 14:13 Fələstin Avropa Birliyi Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir və İsrail Fələstin ərazilərini ilhaq edərsə, lazımi addımları atacaq - Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə yüksək nümayəndəsi Federika Moqerinini verdiyi açıqlamada belə deyib. Maide.Az xarici KİV-ə istinadla bildirir ki, bəyanatda, İordan çayının qərb sahilindən başqa bir yəhudi yaşayış məntəqəsinin yaradılması planının Təl-Əviv tərəfindən Fələstin ərazilərinin ilhaq edilməsi ilə bağlı açıqlamalar fonunda təsdiqlənməsinə diqqət çəkilib. Aİ işğal altındakı Fələstin torpaqlarında, o cümlədən Şərqi Qüdsdə bütün yəhudi yaşayış məntəqələrinin beynəlxalq qanunlara zidd olaraq tikildiyini bir daha təkrarlayır və İsraili bu istiqamətdə məskunlaşma fəaliyyətlərini dayandırmağa çağırır. Açıqlamada Fələstin torpaqlarının ilhaqının Yaxın Şərqdə sülh yolu ilə nizamlanmaya və sabitliyə zərbə vuracağı qeyd olunur. Teqlər : #Aİ,#işğalçı,#İsrail,#rejimini,#qanunsuz,#yaşayış,#sahələrinin,#tikintisini,#dayandırmağa,#çağırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru HƏMAS Sabra və Şatillaya görə bəyanat yaydı İşğalçı İsrail qüvvələri Ramallaha və Qüdsə hücumlar etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar