AFFA milliyə yeni baş məşqçi təyin etdi 21 Aprel 2016 01:00 İqtisadiyyat Azərbaycan U-15 yığmasına yeni baş məqşçi təyin edilib. Maide.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub. Qeyd edək ki, M.İsayev son olaraq 17 yaşadək futbolçulardan ibarət milli komandamızı çalışdırıb. O, U-17-nin Avropa çempionatının elit-raund mərhələsində uğursuz çıxışından sonra istefa vermişdi. / Teqlər : #AFFA milliyə yeni baş məşqçi təyin etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru PLASTİK KARTLARDA OĞURLUQ Azərbaycanla İran birgə minik maşını istehsal edəcək