Aeroporta niyə marşrut işləmir?

Bakı hava limanına marşrut xətti işləmir. 
 
Axar.az-a müraciət edən bir qrup vətəndaş 2009-cu ildən bəri aeroporta avtobus olmamasından şikayətlənir. Bir müddət əvvəl 16 saylı marşrut xətti fəaliyyət göstərsə də, sonra gündəlik planın ödənə bilmədiyini səbəb göstərib bağlayıblar. 
 
Milli Məclisdə də aeroporta marşrut xətti açılması barədə təkliflər səslənmişdi, Nəqliyyat Nazirliyi problemin həll olunacağını açıqlamışdı. 
 
Redaksiyamıza məktub yazan vətəndaşlar bunları xatırladaraq məsələnin icra olunmadığını qeyd edirlər. 
 
Onların sözlərinə görə, aeroporta gedən sərnişinlər taksi xidmətindən istifadə etmək məcburiyyətindədir. Bu da artıq xərcdir. Çünki 16 nömrəli marşruta 50 qəpik gediş haqqı ödəməklə hava limanına çatmaq mümkün idi. 
Müraciətdə nazirlikdən məsələyə baxılması xahiş olunur.  /

Google+ WhatsApp ok.ru