İş adamları pullarını nədən Gürcüstana yatırır? 21 Aprel 2016 01:00 Ölkə «Bizim Yol» qəzeti hökumətin indi əsas önəm verdiyi qeyri-neft sektorunun durumunu ekspertlərlə təhlil edib. Məqalədə bu mövzuda çox həlledici bir məqama toxunulur. Müəllif qeyd edir ki, bu sahəyə investisiya qoyulması bu ilin ilk 3 ayında ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə azalıb. 1 milyard 700 min manatdan 626 milyon manata enib. İqtisadçı Rövşən Ağayev deyib ki, mənzil tikintisi, kənd təsərrüfatı, turizm, neftdənkənar emal sənayesinə yatırımlar 50 faizə qədər azalıb. Başqa bir iqtisadçı Nazim Məmmədov isə ölkədə əlverişli biznes mühiti olmadığı üçün yerli sahibkarların sərmayələri Gürcüstan və Türkiyəyə yatırmalarına diqqət çəkib. Onun düşüncəsinə görə, monopoliya, məmur sahibkarlığı aradan qalxmasa, rəqabət təmin olunmasa, vəziyyət dəyişməyəcək. Teqlər : #İş adamları pullarını nədən Gürcüstana yatırır?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda nə vaxt 10 milyon əhali yaşayacaq? İranın Aviasiya Təşkilatı sədri: `Bakı və Məşhəd arasında aviareys tezliklə açılacaq`