ABŞ-da Qızılca yayıldı - Yoluxanların sayı 981 nəfərə çatdı 04 İyun 2019 14:36 Xəbərlər ABŞ-da yanvarın 1-dən qızılcaya yoluxanların sayı 981 nəfərə çatıb. Maide.Az "Trend"-ə istinadla xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət edilməsi və onların qarşısının alınması üzrə Mərkəzdən bildiriblər. Məlumatda deyilir: "Bu gün "CDC" bildirir ki, 2019-cu ildə ABŞ-da 981 qızılcaya yoluxma halı qeydə alınıb. Bu, 1992-ci ildən yarım il ərzində qeydə alınan ən yüksək göstəricidir. 1992-ci ildə 2126 yoluxma halı olub". Qeyd edilir ki, virus ölkənin 26 ştatında, o cümlədən Nyu York, Kaliforniya, Corciya, Merilend, Pensilvaniya və Vaşinqtonda da yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, cari ilin ilk kvartalında bütün dünya üzrə 112 mindən artıq bu xəstəliyə yoluxma halı qeydə alınıb. Teqlər : #ABŞda,#Qızılca,#yayıldı,#Yoluxanların,#sayı,#981,#nəfərə,#çatdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lavrov şikayətləndi: Kim güclüdürsə, o haqlıdır? Daha bir ölkədən ABŞ-a sərt cavab: Qərarımız qətidir