Ərəfə günü İmam Hüseynin (ə) hərəminə qiyabi ziyarət təşkil olunur - Qeydiyyat üçün LİNK 19 İyul 2021 16:09 Xəbərlər İmam Hüseynin (ə) hərəminə bağlı “İmam Hüseyn (ə) adına Rəqəmsal Media İnstitutu” ƏRƏFƏ günü İmam Hüseynin (ə) hərəminə qiyabi ziyarət təşkil planını icra edir. Maide.Az “imamhussain.org” saytına istinadla xəbər verir ki, koronavirus epidemiyasının yayılmasına görə, İraqa səfər etməkdən məhrum olan Əhli-beyt (ə) aşiqləri üçün İmam Hüseyn (ə) hərəm xidmətçilərinin digər şəhər və ölkələrdən olan zəvvarların əvəzində Ərəfə günü naib kimi, həzrətin hərəmini ziyarət etməsi üçün qeydiyyat aparılır. Məlumatda bildirilir ki, https://imamhussain.org/enaba/ linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün son tarix 20 iyuldur. “İmam Hüseyn (ə) adına Rəqəmsal Media İnstitutu” bildirib ki, Ərəfə günü saat 1-dək qeydiyyatdan keçən hər bir şəxsin əvəzində Ərəfə günü ziyarət olunacaq. Hər bir şəxs bir və ya bir neçə nəfəri qeydiyatdan keçirə bilər. Teqlər : #Ərəfə,#günü,#İmam,#Hüseynin,#(ə),#hərəminə,#qiyabi,#ziyarət,#təşkil,#olunur,#Qeydiyyat,#üçün,#LİNK, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistan və Türkiyə xarici işlər nazirləri görüşüb Afrika ölkəsi Tokio-2020-də iştirakdan imtina etdi