Ənsarullah Səudiyyə rejiminin koalisiyasının komandanlıq mərkəzini raketlə vurdu

Ənsarullah Səudiyyə rejiminin koalisiyasının komandanlıq mərkəzini raketlə vurdu

Yəmən ordusu və inqilabi xalq komitələrinin (Ənsarullah) qüvvələrinin raket birliyi Səudiyyə rejiminin koalisiyasının Məarib əyalətindəki üçüncü hərbi bölgəsindəki komandanlıq postuna iki raket atıb.  

 
Maide.Az Deyerler.org -a istinadən xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, hər iki raket əraziyə dəqiq bir şəkildə düşüb və hücumda xeyli sayda muzdlu döyüşçü məhv olub və yaralanıb. Təcili yardım maşınları və koalisiya maşınları hücum nəticəsində ölən və yaralananları təxliyə etmək üçün əraziyə göndərilib.  
 
Ölənlər arasında istefa vermiş xain eks-prezdent Hadi qüvvələrinin 122-ci briqadasının komandiri general Ər-Rokan da var.  
 
Bu arada Səudiyyə rejiminin koalisiyası Yəməndən atılan bir ballistik raketi vuraraq məhv etdiyini iddia edib.  
 
Səudiyyə rejiminin koalisiyası şənbə günü də hədəflərinə çatmadan bir neçə Yəmən PUA-nı və ballistik raketi ələ keçirdiyini və məhv etdiyini iddia etmişdi.  
 
Yəmən mənbələri koalisiyanın Yəmənin raket və dronların məhv edildiyini iddia etməklə son həftələrdə mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olan hava zərbələrini haqlı göstətməyə çalışdığını yazır.

Google+ WhatsApp ok.ru