‘MasterCard’ yeriş və ürək döyüntüsü ilə ödəniş etməyi təklif edir 25 Fevral 2020 11:00 Maraq dünyası “MasterCard” şirkəti yeriş, üz ifadələri və ürək döyüntüsünə görə şəxsiyyətin eyniləşdirilməsini tətbiq etməyi planlaşdırır. “ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeriş üzrə eyniləşdirmə ən perspektivli hesab edilir. Nəqliyyat vasitələrində quraşdırılmış xüsusi datçiklərin insanı identifikasiya edərək onun hesabından ödəniş çıxaracağı güman edilir. Bundan başqa, insanın dərisinin səthinə yaxın yerləşmiş unikal qan damarlarının təsvirlərinə görə tanınması imkanı nəzərdən keçirilir. Digər bir texnologiya, həmçinin unikal xüsusiyyətlərə malik olan ürək döyüntüsünün ritmini təsvir edir. Teqlər : #‘MasterCard’,#yeriş,#və,#ürək,#döyüntüsü,#ilə,#ödəniş,#etməyi,#təklif,#edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəzi ölkələr pullarını yuyacaq - virus əleyhinə Alimlər: Təzyiqinin intensiv izlənilməsi ömrü bir neçə il uzada bilər