“YouTube”un mobil proqramında videonun sürətini dəyişdirmək mümkün olacaq 10 Avqust 2017 01:00 Maraq dünyası “YouTube”un mobil proqramına videonun sürətini dəyişdirmək imkanı əlavə edilib. Bu seçim masaüstü versiyada 2 il əvvəl reallaşdırılıb. Sözügedən funksiya video çarxın sürətini dəyişdirməyə imkan verir. Bu imkan öyrədici çarxlar, reseptlərə baxış zamanı xüsusilə əlverişlidir. Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, “Google” şirkəti bu funksiyanı “Android” üçün mobil proqrama əlavə edib. Lazımi sürəti seçmək üçün ekranın yuxarı sağ küncündəki üç nöqtənin üzərinə sıxmaq lazımdır. Hələ ki, sözügedən funksiya hər kəs üçün əlçatan deyil, amma bəzi istifadəçilər artıq qeyd edib ki, bu vərəqdə yalnız videonun keyfiyyəti deyil, həm də sürətini seçmək mümkündür. / Teqlər : #YouTubeun mobil proqramında videonun sürətini dəyişdirmək mümkün olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Su qiymətinə elektromobil yaradıldı -FOTO Facebook televiziyalara meydan oxudu: yeni video xidməti təklif edir