“Beynəlxalq Qüds Günü” ilə bağlı keçirilən müsabiqə iştirakçıları mükafatlandırıldı - FOTO 22 İyun 2017 01:00 Ölkə Beynəlxalq Mətbuat Mərkəzində “Beynəlxalq Qüds Günü” ilə bağlı elan olunan məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqə “Qələm Yazarlar Birliyi” nin təşkilatçılığı ilə baş tutub Tədbirdə ölkənin siyasi-ictimai xadimləri və media nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanda “Beynəlxalq Qüds Günü” ilə bağlı bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Çıxış edənlər “Beynəlxalq Qüds Günü” nün mahiyyətindən, sionizmə və imperializmə qarşı əlamətdar bir gün olduğundan bəhs edib. Tədbirin sonunda müsabiqədə yer tutan qələm sahibləri mükafatlandırılıb. Qeyd edək ki, “Fələstində tikilən binalar və bənnalar” məqaləsinə görə, “Strateq.az” saytının əməkdaşı Əziz Rzabəyli 1-ci yer, “Vətən Uğrunda” ictimai-siyasi qəzetin əməkdaşı Arzu Abdullayeva 2-ci yer, “Təzadlar” qəzetinin baş redaktor müavini Elbar Şirinov 3-cü yerə layiq görülüb. / Teqlər : #Beynəlxalq Qüds Günü ilə bağlı keçirilən müsabiqə iştirakçıları mükafatlandırıldı FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni Bakı-Ələt-Astara yolu gələn ilin əvvəllərində hazır olacaq Hövsan əhalisi kütləvi zəhərlənmə təhlükəsi altındadır