“Azəryolservis”in işçiləri iki aydır maaş almır

Qurumun rayonlardakı idarələrində vəziyyət daha acınacaqlıdır

“Azəryolservis” ASC-nin işçilərinə iki aydır ki, maaş verilmir. Bu barədə məlumat qəzetimizə adıçəkilən qurumdan daxil olub. Işçilər deyir ki, rəhbərlik maaş böhranının səbəbini izah etmir. “Heç nə demirlər. Biz isə iki aydır ki, gözləyirik”, – deyə işçilər bildirir. Onların sözlərinə görə, xüsusilə “Azəryolservis” ASC-nin rayondakı idarələrində vəziyyət gərgindir. Işçilər deyir ki, indiyə qədər bu qurumda maaş böhranı olmayıb. “Azəryolservis”in tarixində belə bir şey olmayıb. Həmişə maaşımızı vaxtında almışıq. Amma artıq iki aydır ki, böhran yaşanır”, – deyə işçilər vurğulayıb.
 
Yada salaq ki, bir müddət əvvəl “Azəryolservis”də ixtisarlar olub. Bəzi iddialara görə, qurumun nəzdindəki idarələrin əhəmiyyətli hissəsi ləğv edilib. Nəticədə xeyli işçi ixtisara düşüb

Google+ WhatsApp ok.ru