“Micorosf” şirkəti minlərlə işçisini çıxarmağa hazırlaşır

“Micorosf” şirkəti minlərlə işçisini çıxarmağa hazırlaşır
Dünyanın məşhur texnologiya şirkəti olan “Microsoft” işçilərinin sayını azaltmağa hazırlaşır.
Maide.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb.
Məlumata görə, “Microsoft” şirkəti 18 minlik işçi heyətinin bir hissəsini işdən çıxaracaq. İxtisarların əsasən təchizat şöbəsini əhatə edəcək.
Bundan başqa, “Microsoft”un ötən il aldığı “Nokia”nın da ixtisarlardan təsirlənəcəyi gözlənilir.
Mətbuatda bu barədə xəbər çıxdıqdan sonra “Microsoft”un maliyyə bazarında hissə satışları 1,2 faiz dəyər itirib. /

Google+ WhatsApp ok.ru