Ərəbistan və Misir müdafiə nazirləri Yəmən barədə görüş keçirdilər 10 Aprel 2015 01:00 Yəmən Ərəbistan və Misirin müdafiə nazirləri Yəmənə hücumları koordinasiya etmək üçün məsləhətləşmə aparıblar. Maide.az-ın məlumatına görə, Misir və Ərəbistanın müdafiə nazirləri Sidqi Sübhi və Məhəmməd Bin Salman cümə axşamı günü Ər-Riyadda görüşərək, Misirin Yəmənə hərbi hücumda iştirakı və Yəmənə qarşı müştərək hərbi əməkdaşlığın gücləndirilməsi barədə danışıqlar aparıblar. Misir təxminən 2 həftə öncədən Yəmənə qarşı hərbi hava hücumlarına başlayan Ərəbistanın hamilərindəndir. Bununla yanaşı, Ərəbistan müdafiə nazirinin müavini Əhməd Əsiri cümə axşamı günü mətbuat konfransında Yəmənə hücumlarda Misirin ilk qırıcı təyyarəsinin iştirakından xəbər verib. Misirin Yəmənə qarşı hücumlarda iştirak etməsi elə bir haldadır ki, Misirin özü bir çox problemlərlə qarşı-qarşıyadır və xalqının tələblərini gerçəkləşdirə bilməmişdir. Teqlər : #Ərəbistan və Misir müdafiə nazirləri Yəmən barədə görüş keçirdilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistan Ərəbistanın Yəmənə təcavüzünün dərhal dayandırılmasını istədi Tunisdə Yəmən xalqına dəstək aksiyası keçirilib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'