“Priora” avtomobillərinin qiymətlərindəki 1300 manatlıq endirim ləğv edilib

2015-ci ildə Rusiyada istehsal olunmuş minik avtomobillərinin Bakıda satışına başlanılıb. Bu barədə fins.az-a bu avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi “Xəzər Lada” şirkətindən bildirilib. Söhbət yeni model “Granta”, “Kalina” və “Priora” avtomobillərindən gedir. Opsiyalarından aslı olaraq “Kalina” avtomobilləri  9500-10500  manat, “Priora” modelləri 10200-10800, “Niva” maşınları isə 8500-9000 manata satılır.
 
Bu arada, 2014-cü il model rus avtomobillərinin qiymətləri artıb. Belə ki, ötən il buraxılmış “Priora”  avtomobillərinin qiymətlərindəki 1300 manatlıq endirim ləğv edilib. Əvvəl endirimlə 8900 manata satılan avtomobil indi endirimsiz qiymətlə 10200 manatdır.
“Niva” avtomobilləri isə əksinə ucuzlaşıb. Belə ki, əvvəl 9600 manata satılan “Lada 21214” avtomobilləri indi müştərilərə 8500-9000 manata təklif edilir.

Google+ WhatsApp ok.ru