“Google” saytlara çağırış edib 23 Dekabr 2014 02:00 Maraq dünyası “Google Chrome” brauzerinin təhlükəsizliklə məşğul olan tərtibatçıları internet istifadəçilərini qorumaq üçün kəskin addım atmağa hazırlaşırlar. “Qafqazinfo” ictnews.az-a istinadən xəbər verir ki, artıq növbəti ildən “Chrome” brauzeri şifrləmədən istifadə etməyən istənilən saytın təhlükəsi haqda istifadəçilərə xəbərdarlıq edəcək. Beləliklə, “https://” (şifrlənmiş sayt) əvəzinə “http://” ilə başlanan (resursların əksəriyyətində istifadə olunan adi internet protokolu) istənilən internet ünvanını açdıqda istifadəçi göndərilən məlumatların qorunmadığı haqda xəbərdarlıq alacaq. “Google” bütün saytları əsas seçim kimi “HTTPS” şifrlənmə protokolundan istifadəyə keçidə inandırmaq istədiyini gizlətmir. Cari ilin yayında axtarış sistemi öz axtarış sistemində şifrlənmiş səhifələrin “nüfuzunu” artırmağa başlayıb. / Teqlər : #Google saytlara çağırış edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Kazım və İmam Cavadın (ə) məzarlarının üzərinə quraşdırılacaq sandıqlar - FOTO Feysbukda olan virus mesajlarını bu cür təmizləyin