“Instagram”dan yenilik! 12 Noyabr 2014 02:00 Maraq dünyası Sosial şəbəkə istifadəçiləri bu yeniliyə sevinəcək “Instagram” xidmətinin istifadəçiləri fotoşəkil və qısamüddətli videoçarxların dərcindən sonra onlara yazılmış şərhləri redaktə etmək imkanı əldə ediblər. ANS PRESS-in məlumatına görə, bu haqda “Instagram” rəsmi bloqunda yazılıb. Bundan əvvəl fotoşəkillərə yazılan ilkin şərhlərdə səhvə yol vermiş istifadəçilər onu dəyişmək və ya silmək üçün fotoşəkil və ya videoçarxı silərək yenidən yükləmək məcburiyyətində olublar. “Şərhlərin redaktəsi “Instagram” cəmiyyəti tərəfindən ən çox tələb edilən funksiyalardan biri olub. Siz fotoşəkillərin alt hissəsində “Redaktə etmək” adlı yeni funksiyanı tapa bilərsiniz” – “Instagram” xidmətindən bildirilib. Hazırda “Instagram” xidmətinin auditoriyası 200 milyon istifadəçi təşkil edir. / Teqlər : #Instagramdan yenilik!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Foto xəbər- günün fotoları Foto xəbər- günün fotoları