“Qazıməmməd-Qazax” magistral qaz kəməri yenidən qurulur 15 Avqust 2014 01:00 İqtisadiyyat “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin birinci xəttində yenidənqurma işləri uğurla davam etdirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildiriblər ki, kəmərin 114-138 kilometrlik hissəsində - Göyçay rayonu ərazisində işlər başa çatmaq üzrədir. Hazırda magistral kəmərin Göyçay, Ağdaş və Yevlax rayonları ərazisindən keçən 138-148 və 170-210 kilometrlik hissələrində yenidənqurma işləri aparılır. Layihənin icrasında əsas məqsəd magistral qaz kəməri vasitəsi ilə Şirvan düzündən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər olan ərazilərə - Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Ağdaş və Yevlax rayonlarına təbii qazın itkisiz və fasiləsiz ötürülməsini təmin etməkdir. Boru kəmərinin ümumi uzunluğu 210 kilometrdir. Yenidənqurma işləri ARDNŞ-in “Neftqaztikinti” trestinin 2 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən həyata keçirilir. Yeni texnologiyaların tətbiqi keyfiyyətli qaynaq işlərinin aparılmasına zəmin yaradır. Tikinti-quraşdırma işlərinin dörd il ərzində başa çatdırılması nəzərdə tutulur. Teqlər : #QazıməmmədQazax magistral qaz kəməri yenidən qurulur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya bazarında neft bahalaşıb Azərbaycan qaz hasilatını təqribən 5 faiz artırıb