24 il həbsdə yatan siyasi məhbus azadlığa çıxdı

24 il həbsdə yatan siyasi məhbus azadlığa çıxdı

Özbəkistanda təxminən 24 il həbsdə yatan siyasi məhbus Səməndər Kukanov noyabrın 24-də gözlənilmədən azadlığa buraxılıb.
 
Bu il oktyabrın 7-də ona 3 il və 5 gün əlavə iş kəsilmişdi.
 
Noyabrın 24-də Daxili işlər nazirliyindən Səməndərin ailəsinə,cəzanın qalan hissəsinin ləğv edildiyi bildirilib.
 
Səməndər Kukanovun 72 yaşı var.
 
O, həbs edilməzdən əvvəl deputat və Çinazdakı neftayırma zavodunun direktoru olub.
 
Səməndər Kukanov 1993-cü il iyulun 2-də külli miqdarda dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs olunmuşdu.
 
Onun tərəfdarları isə onun, prezident İslam Kərimovun şəxsi göstərişi ilə həbs olunduğunu və uzun müddət həbsdə saxlandığını deyirlər.
 
Tərəfdarlarının sözlərinə görə, keçmiş deputat və biznesmen Kukanov hələ 80-ci illərdə siyasi dairələrdə tanınmış şəxslərdən sayılırdı.
 
O, müstəqil Özbəkistanın tarixində ən uzun həbs cəzası çəkən siyasi məhbus hesab olunur.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru