1 nömrəli avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib 18 Fevral 2017 02:00 Ölkə Məqsəd Qara Qarayev prospekti və ətraf ərazilərdə yaşayan sakinlərin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etməkdir Bakıda 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib. “Report”un xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi deyil, metronun Neftçilər stansiyası ətrafı müəyyən edilib. Belə ki, 1 nömrəli marşrut üzrə avtobuslar şəhər mərkəzindən gələrkən Heydər Əliyev prospekti ilə hərəkət edərək Mikayıl Əliyev küçəsindəki dairədən, eləcə də Mehdi Abbasov və Azər Manafov küçələrindən keçməklə Qara Qarayev prospektinə daxil olaraq “Dakar” meydanınadək hərəkət edəcək. Məqsəd Qara Qarayev prospekti və ətraf ərazilərdə yaşayan sakinlərin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etməkdir. Qeyd edək ki, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 18 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edir. / Teqlər : #1 nömrəli avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb Təcili tibbi yardım xidməti - HAMIYA PULSUZDUR (VİDEO)