11 həkimin diplomu saxta çıxıb 06 İyun 2016 01:00 Ölkə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunda 2016-cı ilin ilk 4 ayında vətəndaşlardan daxil olan 129 şikayətə baxılıb. Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, müraciətlərdən 32-si təkrar olub. Dörd ayda sektora 502 xidməti məktub daxil olub ki, onlar da 308-i araşdırılıb və cavablandırılıb. Yoxlama tədbirləri nəticəsində 11 saxta diplom aşkarlanıb, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Teqlər : #11 həkimin diplomu saxta çıxıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sakinlər: «Mişkireyndən qaçırıq» Qaxda güclü yağış selə çevrilib