100 yaşında paraşütdə 10 Noyabr 2014 02:00 Maraq dünyası Nyu York ştatından olan amerikalı qadın Eleanor Kannigem 100-cü ad gününü paraşütlə tullanaraq qeyd edib. Bu barədə Trend Associated Press-ə istinadən məlumat verir. E.Kannigem Skohari dairəsində nəvəsi ilə birlikdə yaşayır. O, paraşütlə tullanmaq üçün icazəni öz həkimindən alıb. Həkim qadının sağlamlığının istədiyi işlə məşğul olmağa imkan verdyini bildirib. E.Kannigem 90 yaşından paraşüt idmanı ilə məşğul olur. Yubilyar “Saratoga Skydiving” mərkəzində paraşütlə tullanıb. Bu onun üçüncü tullanışı olub. Mərkəzin təlimatçısı Din Makdonald E.Kannigemin ən yaşlı müştərisi olduğunu bildirib./ Teqlər : #100 yaşında paraşütdə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hər dəqiqədə 158 yeni virus yaradılır Ağılı başdan alan virus