Üzərliyin sinir sistemi üçün bilinməyən faydaları 05 İyul 2017 01:00 Sağlamlıq Üzərliyin antiseptik, antimikrob və virus əleyhinə xüsusiyyətləri hamıya məlumdur. Lakin üzərliyin digər daha az bilinən faydalı xüsusiyyəti də var. Maide.İnfo saglamolun.az-a istinadən xəbər verir ki, hələ Qədim Misirdə bu bitki sakitləşdirici və epilepsiya müalicə edən vasitə kimi istifadə olunurdu. Müasir elmi araşdırmalar da üzərliyin sinir sisteminə olan müsbət təsirini təsdiq edib. Üzərliyin tərkibində olan harmalin, harmin və harmalol adlı alkaloidlər həyacanı azaldır, sinir hüceyrələrini bərpa edir, sinir keçiriciliyini yaxşılaşdırır, iflic, qıcolmalar, yuxusuzluq zamanı kömək edir, sinir sisteminə sakitləşdirici təsir edir. Üzərlik ekstraktı nevrasteniya, şizofreniya, Parkinson xəstəliyi zamanı effektlidir. Üzərlik güclü təbii antidepressantdır, depressiya zamanı kömək edir. Üzərliyin bu faydalı xüsusiyyətləri əczaçılıq sənayesində geniş istifadə olunur - bitki bir çox sakitləşdirici preparatların tərkibinə daxildir. / Teqlər : #Üzərliyin sinir sistemi üçün bilinməyən faydaları , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ürək haqqında 10 TƏƏCCÜBLÜ FAKT İsti havada düzgün qidalanma qaydaları
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir