Yupiterin orbitinə daxil olacaq 04 İyul 2016 01:00 Dünya İyulun 4-də ABŞ kosmik gəmisi Yupiterin orbitinə daxil olacaq. Kosmik gəmi beş il öncə yola düşüb. NASA-nın Juno missiyası növbəti 20 ay ərzində Yupiterin ətrafına 37 dəfə dövrə vuracaq, Günəş sisteminin formalaşması barədə məlumat toplayacaq. Yupiterin Günəş sistemində yaranan ilk planet olduğu bildirilir və onda Günəşin yaranışından bəri qazların və digər materialların qaldığı güman edilir. Juno nəhəng planetin maqnetik və qravitasiya sahələrinin xəritəsini çəkəcək, digər informasiyalar toplayacaq. Juno missiyası 1,1 milyard dollara başa gəlib. Missiya Yupiterə doğru 2,8 milyard kilometr məsafə qət edib. Kosmik gəmi Yupiterin ən yaxın halda, 5 min kilometrliyindən keçəcək. Yerlə Juno arasında radiosiqnal 50 dəqiqəyə ötürülür. (azadliq.org) Teqlər : #Yupiterin orbitinə daxil olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Iordaniyanın su, ərzaq və dərman qadağası 30 min Suriyalı uşağı acınacaqlı vəziyyətə salıb Rusiya Türkiyənin `İncirlik` bazasından istifadə edə bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO