Yunanıstan: Ədalət tələb edən yüzlərlə işçi Sosial Müdafiəsi Nazirliyinə basqın edib 10 Yanvar 2018 02:00 Dünya -- Nazir onların tələblərini rədd edib Yunanıstanın paytaxtı Afinada tətil hüquqlarının məhdudlaşdırılması üzrə hazırlanan yeni qanun layihəsinə etiraz edən nümayişçilər ölkənin Əmək və Sosial Müdafiə Nazirliyinin binasına basqın ediblər. Qanun layihəsi ölkənin kreditorlarının tələb etdiyi tətil hüquqlarının məhdudlaşdırmasından ibarətdir. İşçilərdən təşkil olunan etirazçılar "Mübarizəçi İşçi Cəbhəsi" qurumunun çağırışı ilə toplanıb. Etirazçılar daha sonra nazirlik binasının qapılarını sındıraraq səkkizinci mərtəbəyə qalxıb və nazir Effi Ahçioqlou ilə görüşərək ölkə parlamenti tərəfindən irəli sürülmüş qanun layihəsini ləğv etməyi tələb ediblər. Nazir onların tələblərini rədd edib. Bundan sonra etirazçılar nazirlik binasını tərk ediblər. Qeyd edək ki, sosial siyasətinin sərtləşdirilməsi və iqtisadi islahatlar Yunanıstan üçün beynəlxalq maliyyə yardımı almağın şərtlərindəndir. Ölkənin əsas kreditorları olan Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Stabillik Mexanizmi mütəmadi olaraq tələblərinin Yunanıstan tərəfindən yerinə yetirilməsinin qiymətləndirilməsini aparır. (İslaminSesi) Teqlər : #Yunanıstan: Ədalət tələb edən yüzlərlə işçi Sosial Müdafiəsi Nazirliyinə basqın edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyn 90 siyasi-ictimai fəalın ölkədən çıxışına qadağa qoyub Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO