Youtube-də təhlükəli virus aşkarlanıb 26 Mart 2018 01:00 Maraq dünyası -- İstifadəçini inandırmaq üçün real görünən saxta profillərdən istifadə olunur. Kiber təhlükəsizliyi üzrə mütəxəssislər istifadəçilərin məlumatlarını oğurlayan virus barədə həyəcan təbli çalıb. Maide.Az xəbər verir ki, bu barədə “Dr.Web” kompaniyasının eksperi öz bloqunda məlumat verib. Belə ki, “Trojan.PWS.Stealer.23012” və “Trojan.PWS.Stealer.23198” adlı viruslar kompüterin ekranın şəkilini çəkmək (scrinşot) , faylları və şəkilləri götürmək, həmçinin brauzerlərdə saxlanılan loqin və şifrələri kopyalamaq gücünə malikdir. Virusun işləmə mexanizmi də sadədir. Belə ki, Youtube-də olan videoların altında şərh formasında müxtəlif “lazımlı” proqramlar və oyunların olması ilə bağlı link verilir. İstifadəçini inandırmaq üçün real görünən saxta profillərdən istifadə olunur. Qeyd edək ki, son zamanlar Windovs platformalı kompüterlər bu cür haker hücumlarına tez-tez məruz qalır. Teqlər : #Youtubedə təhlükəli virus aşkarlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vatsapda MÜHÜM YENİLİK “GetContact”dan nömrəni necə silmək olar?