Yevgeni Lukyanov: `Namaz qılın və dua edin ki, Bəşər Əsəd devrilməsin` 27 İyun 2015 01:00 Dünya Maide.az xəbər vgerir ki, məşhur ərəb analitik Əbdülbari Atvan "Raial Yavm" qəzetinə yazdığı məqalədə bu fikirlərə yer verib: "Rus təhlükəsizlik səlahiyyətliləri Ərəb ölkələrindən Suriyada Bəşər Əsədin qalması istiqamətində səy göstərmələrini və Suriyaya yönəlik siyasətlərini dəyişməsini istədi". Rusiya Milli Təhlükəsizlik baş katib müavini Yevgeni Lukiyanov Bəşər Əsədin devrilməsi halında, İŞİD-in ilk hədəfinin körfəz ölkələri olacağını, bunların da başında Ərəbistanın yer aldığını söylədi: "Belə ki, beş min İŞİD terrorçusu Səudiyyə Ərəbistanı üçün hazır olaraq gözləyir". Yevgeni Lukiyanov Ərəb ölkələrinə müraciət edərək: "Namaz qılın və dua edin ki, Bəşər Əsəd devrilməsin", - deyib. Əbdülbari Atvan isə bu mövzuda belə yazıb: "Ərəblər İrana qarşı Səddam Hüseyni müdafiə hadisəsindən ibrət almadılar. İran müharibədən sonra Ərəb ölkələrini gördükləri işə peşman etdi. Ərəb ölkələri eyni siyasəti hazırda Suriya üzərindən yeridir. Ancaq İŞİD gözlənilənin əksinə, hədəf olaraq yalnız Suriyanı seçməyib. Suriyadan sonra İŞİD-in ilk hədəfi Körfəz ölkələri olacaq". Teqlər : #Yevgeni Lukyanov: `Namaz qılın və dua edin ki,#Bəşər Əsəd devrilməsin`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Safi Gülpayqani: `İslam əsgərlərinin irəliləyişi böyük qələbənin müjdəçisidir` Çimərlik qatili tələbə çıxdı (FOTO)
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO