Yetkinlik yaşına çatmayanların tərbiyəsində valideynlərə üzrlü SƏBƏBLƏR 15 Noyabr 2016 02:00 Ailə Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri müəyyən edilir. Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrini stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbsqətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan səbəblərdir. (trend) / Teqlər : #Yetkinlik yaşına çatmayanların tərbiyəsində valideynlərə üzrlü SƏBƏBLƏR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Evlənənlərin 500-də xəstəlik tapılıb – AÇIQLAMA Uşağını döyən valideynlərə psixoloqdan XƏBƏRDARLIQ
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər - YENİ QAYDA