Yeni Zelandiyada müsəlmanlara ölkəndən çıxmaq qadağan olunur 14 Oktyabr 2014 01:00 Dünya Yeni Zelandiyada müsəlmanları hökumətin ölkə ərazisindən kənara çıxmaqla bağlı hazırlanan yeni qadağa qanundan dərin narahatlıqlarını bildiriblər. Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, hökumət yeni qanun qəbul etmək yolu ilə ifratçı şəxslərin Suriya və İraqa getmələrinin qarşısını almaq istəyir. Yeni Zelandiyadakı Müsəlman İcmalar isə bu qadağanın qanuna tabe olan vətəndaşlara zərər verəcəyinindən narahatdır. Qeyd edək ki, Yeni Zelandiya ölkə vətəndaşları üçün Yaxın Şərq ölkələrinə səfər etməyi qadağan edən qanun layihəsi hazırlayıb. Yeni qanun hələlik qəbul olunmayıb. Yeni Zelandiya İslam Asossiyasiya Federasiyasının vitse-presidenti Cavid Xanın sözlərinə görə, "Yeni Zeylandiyalıların Yaxın Şərq ölkələrinə getmə qadağası əksər müsəlmanların etirazına səbəb olacaq. Hətta indi də müsəlmanlar ölkəni tərk etmək istəyərkən sərhəddə müxtəlif çətinliklərlə üzləşirlər, onları ciddi şəkildə yoxlayırlar,sorğu-sual edirlər. " Cavid Xan onu da əlavə edib ki, əgər qanun qəbul olunarsa müsəlman icmasının problemləri daha da artacaq. // Teqlər : #Yeni Zelandiyada müsəlmanlara ölkəndən çıxmaq qadağan olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livanda Parlament seçkiləri 2017-ci ilədək təxirə salınır HƏMAS: BMT-nin baş katibi Amerikanın məmurudur
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO