Yeni ilin ilk günü üçün hava proqnozu 31 Dekabr 2017 02:00 Ölkə -- yağış, qar gözlənir Yanvarın 1-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı bildirilir. Şimal-şərq küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Yanvarın 1-dəölkənin rayonlarında da havanınqeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı bildirilir. Gecə 1-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir. (Maide.Az) Teqlər : #Yeni ilin ilk günü üçün hava proqnozu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstirahət gününə olan hava proqnozu açıqlanıb Sabahın hava proqnozu