Yaxşı qarpızı necə seçməli? 07 Avqust 2017 01:00 Maraq dünyası Təcrübəli əkinçilər yaxşı qarpızı necə seçə biləcəyimizi başa salıb. Qarpızın üzərindəki ləkələrin qarpızın yetişməsindən xəbər verdiyini deyən əkinçilər, yaxşı qarpız almağın mühüm əlamətlərini belə izah edib: - Qarpızın üzərindəki ləkələr, qarpızın torpağa dəydiyi yerlərdir. Qarpız üzərində sarı və açıq ləkəli qarpızlara üstünlük verin. - Qarpızdakı hörümçək toruna bənzər yerlər, arıların qarpız çiçəklərini mayalandıranda toxunduğu yerlərə işarə edir. Ləkənin çox olduğu qarpızlar, daha şirindir. - Qarpız saplağının quru olması da qarpızın yetişmiş olduğunun göstəricilərindən biridir. Sapı sarı olan qarpızlar, yeni qoparılmış deməkdir. - Qarpız seçəndə ən böyük və ya ən kiçik olanlarını yox, orta ölçülü olanlara üstünlük verin. - Uzun qarpızların sulu, girdə qarpızların şirin olduğunu da unutmayın. (deyerler) / Teqlər : #Yaxşı qarpızı necə seçməli?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Ağıllı küçə”: insanlar gəzərkən elektrik istehsal olunur - FOTOLAR “WhatsApp” müxtəlif rəngli mətn statuslarını sınaqdan keçirir