Yaxın Şərq ölkələrinin XİN rəhbərləri Bakıya toplaşır 27 Fevral 2017 02:00 Siyasət Yaxın Şərq ölkələrinin indiki və sabiq xarici işlər nazirləri V Qlobal Bakı Forumunda bir araya gələcəklər. Diasporla İş üzrə Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, tədbirdə Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının Baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin və ilk dəfə forumda təmsil olunan İran İslam Respublikasının sabiq xarici işlər naziri Mənuçöhr Mottaki iştirak edəcəklər. Dipolomatlar forum çərçivəsində beynəlxalq münasibətlərin gələcəyini, bu münasibətlərin nizama salınmasında zəruri olan ittifaqların qurulmasını, terrorizmlə mübarizənin yollarını, transatlantik münasibətlərin gələcəyini, ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərini müzakirə edəcək, qlobal problemlərin həll yolları barədə təkliflərini səsləndirəcəklər. V Qlobal Bakı Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək. / Teqlər : #Yaxın Şərq ölkələrinin XİN rəhbərləri Bakıya toplaşır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bosniya və Hersoqovinanın dövlət başçısı Bakıya gələcək İran XİN-in sözçüsü: “Azərbaycan Respublikası ilə mövcud iqtisadi əlaqələr bizi qane etmir”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video