Yaponiyada uşaqların sayı 37 ildir ki, fasiləsiz olaraq azalır 05 May 2018 01:00 Dünya -- Yaponiyada aprelin 1-nə olan vəziyyətə görə... Yaponiya hökumətinin bildirdiyinə görə, ölkədə uşaqların sayı 37 ildir ki, azlamaqda davam edərək minimum rekord həddə çatıb. Maide.Az "azərtac"a istinadən xəbər verir ki, Ümummilli Məsələlər Nazirliyi cümə günü, ölkədə mayın 5-də qeyd edilən Uşaqlar Günü ərəfəsində bu barədə hesabat dərc edib. Sənəddə qeyd edilir ki, Yaponiyada aprelin 1-nə olan vəziyyətə görə, 15 yaşına qədər uşaqların sayı təqribən 15 milyon 530 min nəfər təşkil edib. Bu, bir il əvvəlki həmin göstəricidən 170 min nəfər azdır. Onların 7 miyon 950 mini oğlan, 7 milyon 580 mini isə qızdır. Həmin yaşda uşaqlar ölkə əhalisinin 12,3 faizini təşkil edir. Bu rəqəm də əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 0,1 faiz azalıb. Həmin göstəricinin 1975-ci ildən başlayaraq fasiləsiz şəkildə azaldığı bildirilir. Teqlər : #Yaponiyada uşaqların sayı 37 ildir ki,#fasiləsiz olaraq azalır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avstraliyada ən böyük məscidin açılışı olub Kanadada külək 200 evi işıqsız qoydu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO