Yəməndə aclıq çəkənlərə yardım üçün 4,2 milyard lazımdır - BMT 10 May 2019 00:39 Yəmən BMT-nin Yəməndə 20 milyon ac insanı yedizdirməklə bağlı çağırışından sonra tələb olunan məbləğin cəmi 14 faizi toplanıb. Maide.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, BMT rəhbərinin rəsmi nümayəndəsi Farhan Xakın sözlərinə görə, məbləğin tamamlanması üçün 4,2 milyard dollara ehtiyac var. O qeyd edib ki, təxminən 10 milyon insan aclığın bir addımlığındadır və BMT, o cümlədən tərəfdaşları bu insanlara yardım etmək və aclıq təhlükəsinin azaldılması üçün mümkün hər şeyi edirlər. Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Bu müddət ərzində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə 19 mindən artıq hava hücumu təşkil edib. 60 mindən artıq dinc sakin şəhid edilib. 20 milyondan artıq insan ərzaq yardımına möhtacdı. 18 milyon insan təmiz su içmə problemi iilə üz-üzədir %30 uşaqlar məktəblərə gedə bilmir. 3 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Teqlər : #Yəməndə,#aclıq,#çəkənlərə,#yardım,#üçün,#milyard,#lazımdır,#BMT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Medianın səssiz qaldığı müharibə: YƏMƏN (İnforqrafika) ‘Ənsarullah’ Ərəbistanın mühüm obyektlərinə ağır zərbələr endirdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'