Yəmən ordusu BƏƏ-nin Beynəlxalq Hava Limanını bombardman etdi -VİDEO 27 İyul 2018 01:00 Yəmən Yəmən Hərbi Hava Qüvvələri (HHQ) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki Beynəlxalq Hava Limanını yeni istehsal olunmuş Samad-3 pilotsuz uçuş aparatı (PUA) ilə bombardman edib. Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Yəmənin Ali Siyasi Şurasının sabiq sədri şəhid Saleh Əs-Samadın şərəfinə adlandırılan yeni nəsil Samad-3 PUA-sı 1000 km. məsafə qət edə bilir. Yəmən HHQ-si Sammad-3 PUA-sı ilə BƏƏ-nin Abu Dabidəki Beynəlxalq Hava Limanını 2 saat ərzində 6 dəfə bombalaması nəticəsində hava limanının xeyli sayda personalının öldüyü və yaralandığı bildirilib. BƏƏ rəhbərliyi hücumu təsdiqləyərək, hava limanındakı uçuşları bir müddət təxirə salmalı olub. Xatırladaq ki, Yəmən HHQ-i keçən həftə də Səudiyyə rejiminin paytaxtı Ər-Riyaddakı Aramco neft şirkətinin anbarlarını Qasef 2 PUA-sı ilə bombardman etmişdi. Teqlər : #Yəmən ordusu BƏƏnin Beynəlxalq Hava Limanını bombardman etdi VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hudeydədən didərgin düşənlərin sayı 280 mini keçdi: 47 min ailə BMT rəsmisi Yəməndə su qaynaqlarının vurulmasına etiraz etdi
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'