Yəməndəki fəlakətin əsas mənbəyi ABŞ və Qərbin silahlarıdır 27 Mart 2018 01:00 Yəmən -- Beynəlxalq Amnistiya Təşkilatı açıqladı Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) ABŞ və Qərb dövlətlərinin Səudiyyə Ərəbistanın verdiyi silahlarla Yəmən xalqının zülm və təcavüzə məruz qaldığını açıqlayıb. Maide.Az İRNA-ya istinadən xəbər verir ki, təşkilat Yəməndəki müharibənin əsas səbəbinin həmin silahlar olduğunu bildirib. Təşkilatın Yaxın Şərq üzrə araşdırma direktoru Layn Maluf bildirib ki, S.Ərəbistanı liderliyindəki koalisiya qüvvələrini silahla təmin edən ölkələr arasında ABŞ, İngiltərə, Fransa, İspaniya və İtaliyanın olduğunu deyib: “3 il ərzində 14 minə yaxın insan ölüb. Məktəblər, xəstəxanalar məhv edilib. Milyonlarla insan evindən didərgin düşüb. Hazırda minlərlə insan humanitar yardıma möhtacdır və ərzaq yoxluğu səbəbindən ölümlə üz-üzədir”. Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində ölkədə infrastruktur o cümlədən məktəblər və xəstəxanalar dağıdılıb.Səudiyyə rejiminin mühasirəsi nəticəsində Yəmənə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli evlərindən didərgin düşüb. Teqlər : #Yəməndəki fəlakətin əsas mənbəyi ABŞ və Qərbin silahlarıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanın Yəmən 3 illik təcavüzü - STATİSTİKA YUNİSEF yəmənli uşaqlarla bağlı hesabatı açıqladı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'