Yəmən ordusu və Ənsarullah Səudiyyə rejiminin hərbi mövqelərini bombardman etdi - VİDEO 13 Aprel 2017 01:00 Yəmən Səudiyyə rejiminin ordusunun ölkənin cənubunda yerləşən Cizan vilayətindəki mövqeləri Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri tərəfindən hədəfə alınıb. Yəmən ordusu və "Ənsarullah" hərəkatının qüvvələri Səudiyyə rejimi ordusunun Saada vilayətini bombalamasına cavab olaraq, Səudiyyə ordusunun Cizandakı artilleriya qoşunlarının yerləşdiyi nöqtələri məhv edib. Hücumlarda Səudiyyə rejiminin ordusuna məxsus bir tank da, Yəmən qüvvələri tərəfindən sərhəddə zərərsizləşdirilib. Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri aprelin 13-ü səhər saatlarında bir ədəd "Qahir 2" ballistik raketlə Səudiyyə rejiminin işğalçı qüvvələrinin ölkənin qərbində yerləşən Əl-Moha bölgəsindəki mövqelərini hədəfə alıb. Bu əməliyyatda Səudiyyə rejiminin onlarla muzdlu əsgəri zərərsizləşdirilib. (deyerler) / Teqlər : #Yəmən ordusu və Ənsarullah Səudiyyə rejiminin hərbi mövqelərini bombardman etdi VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyənin Yəmənə qarşı təcavüzü nəticəsində hər 10 dəqiqədə bir uşaq həlak olur Minlərlə yəmənli Sənada Səudiyyə Ərəbistan rejimi əleyhinə etiraz aksiyası keçirib - VİDEO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'