Yəməndə siyasi cərəyanlar “Milli Nicat Hökuməti”ni dəstəkləyir 01 Dekabr 2016 02:00 Yəmən Yəməndə siyasi cərəyanlar bir müddət öncə yaradılmış “Milli Nicat Hökuməti” dəstəkləyirlər. Maide.Az xəbər verir ki, Yəməndəki partiyalar ötən gün Yəmənin müstəqilliyinin 49-cu ildönümündə yeni hökumətlə hərtərəfli əməkdaşlıq etməyə hazır olduqlarını elan edib. Yəmən İnqilabının Ali Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi çıxışında ölkənin müstəqilliyi ilə bağlı keçirilən mərasimi ölkə xalqı üçün müqəddəs mərasim adlanıdırb və deyib ki, bu müstəqillik xalqa ölkəyə qarşı hər hansı təcavüz qarşısında müqavimət etmək üçün ilhamverici rol oynayıb. Yəmənin Kəramət partiyasının sədri Əbdülmalik Həcəri deyib ki, ölkədəki bütün siyasi partiyalar Ənsarullah və digər xalq hərakatı koalisiyası üzvləri arasında “Milli Nicat Hökumətini” dəstəkləyir. “Mənim başçılıq etdiyim partiya Milli Nicat Hökumətinin proqramlarının icrası uğrunda heç bir çalışmadan çəkinməyəcək”. İki gün öncə Yəməndə yeni hökumət üzvlərinin andiçmə mərasimi keçirilib. Teqlər : #Yəməndə siyasi cərəyanlar Milli Nicat Hökumətini dəstəkləyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə rejimi qadağan olunan silahlarla Yəmənə hücum etdi Der Spiegel: Almaniya Səud rejimini Yəmənə qarşı silahlandırır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'