Yəməndə humanitar fəlakət qorxusu 18 Oktyabr 2016 01:00 Yəmən Yəməndə təxminən iki ildir Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində davam edən qarşıdurmalara görə artan yoxsulluq və aclığın yaxın gələcəkdə insan fəlakətinə çevrilməsindən qorxulur. Maide.Az "dunyabulteni"nə istinadən xəbər verir ki, Yəmən Araşdırmalar və İqtisadi Media Mərkəzinin sədri Mustafa Nəsr, verdiyi açqlamada bildirib ki, paytaxt Səna, Hudaydə, Haccə, Marəb, Taiz, Ədən və Hadramevt vilayətlərində qıtlıq müşahidə olunur. Xüsusilə Hudaydə və Haccə ciddi qıtlıq təhlükəsi ilə qarşı-qarşıyadır. Ölkədəki qarşıdurmalar həyatı iflic edib. Yəmənlilərin gəlir mənbələrinin dayanmasına səbəb olub. Xüsusilə də dolanışıqlarını gündəlik işlərlə təmin etməyə çalışan yoxsul təbəqə Səudiyyənin bu təcavüzünün törətdiyi fəsadlardan bilavasitə təsirlənib. ACLIQ HƏDDİNDƏ YAŞAYANLAR ARTIR Sosial yardım təşkilatları tərəfindən 1 milyon 500 min nəfərə edilən yardımların, münaqişələrin başladığı 2015-ci ildən bəri dayandığını qeyd edən Nəsr, iki aydır dövlət işçilərinin maaşlarını almadığını və beləliklə, aclıq həddində yaşayanlara yenilərinin əlavə olunduğunu bildirib. Nəsr, ərəb ölkələri və beynəlxalq cəmiyyətə, Yəmən üçün təcili humanitar yardım çağırışı edib. Yəmən hökumətindən də məmur maaşlarının ödənilməsi üçün alternativ iqtisadi həll tapmasını və evlərini tərk etmək məcburiyyətində qalanlara lazım olan yardımları etməsini istəyib. 8 mindən artıq mülki şəxs həlak olub Səudiyyə rejimi və müttəfiqlərinin Yəmənə qarşı 2015-ci ilin mart ayının 26-dan başladılan təcavüzkar hücumlarda indiyə qədər 8 mindən artıq mülki şəxsin həlak olduğu qeyd olunub. Yəmənin Səhiyyə Nazirliyinin müşaviri Qazi İsmayıl dünən paytaxt Sənada jurnalistlərə verdiyi açqılamasında, Səudiyyə rejiminin Yəmənə qarşı 19 ay ərzində davam etdirdiyi təcavüzkar hücumlarda, Yəmən xalqından 8 mindən artıq insanın həlak olduğunu, 19500 nəfərin isə yaralandığını bildirib. Qazi İsmayıl açıqlamasında, Səudiyyə rejiminin döyüş təyyarələrinin bütün mülki hədəfləri hədəfə aldığını, qəsdən ictimai toplaşma yerlərlərini, toy və yas mərasimlərini də hədəfə alaraq bombardman etdiyini bildirib. Teqlər : #Yəməndə humanitar fəlakət qorxusu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə 72 saatlıq atəşkəs elan olunub Yəmən xalqı ABŞ və Səudiyyəyə qarşı kütləvi etiraz aksiyası keçirib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'